Türk Hava Yollarının Ermənistana uçuş coğrafiyasını genişləndirə biləcəyi açıqlanıb.
24media.az APA-ya istinadən xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan brifinqdə jurnalistlərə deyib.
Onun sözlərinə görə, THY-nin İrəvana uçuşlarının bərpası Çində Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla əldə olunan şəxsi razılaşmalar nəticəsində mümkün olub.
Paşinyan bildirib ki, gələcəkdə aviaşirkətin Gümrü şəhərinə də uçuşlara başlaması ehtimalı var.
Baş nazir həmçinin Bakı və Ankara ilə münasibətlərin inkişafına toxunaraq qeyd edib ki, Türkiyə və Azərbaycanla əlaqələrin artıq işgüzar gündəliyə daxil edilməsi üçün vaxt çoxdan çatıb.
Aylin Bayraməliyeva
