Bu gün:

Rutte ABŞ-ın NATO-dan çıxacağına inanmır


ABŞ-ın alyansdakı tərəfdaşlarına münasibəti ilə bağlı narazılıq ifadə olunub.24media.az APA-ya istinadən xəbər verir ki, bunu NATO-nun Baş katibi Mark Rutte “Welt am Sonntag” qəzetinə müsahibəsində bildirib.

Onun sözlərinə görə, ABŞ Prezidenti Donald Trampın alyansın bəzi üzvlərindən məyusluğu başadüşüləndir.

Rutte qeyd edib ki, buna baxmayaraq, ABŞ-ın nüvə qalxanı Avropanın təhlükəsizliyi üçün “mütləq təminat” olaraq qalır.

NATO Baş katibi vurğulayıb ki, bu vəziyyətin gələcəkdə də davam edəcəyi gözlənilir.

Aylin Bayraməliyeva



Paylaş
Şərh əlavə et