Bu gün:

İran Hörmüz boğazına hərbi nəzarəti bərpa etdiyini açıqlayıb


Boğazın hazırda silahlı qüvvələrin ciddi nəzarəti altında olduğu bildirilir.24media.az “Report”a istinadən xəbər verir ki, bu barədə İranın “Xatəm əl-Ənbiya” Mərkəzi Hərbi Komandanlığının qərargah rəsmisi Ebrahim Zülfüqarinin bəyanatında qeyd olunub.

Onun sözlərinə görə, Hörmüz boğazı strateji əhəmiyyətli ərazi kimi tam nəzarət altındadır və əvvəlki danışıqlarda əldə edilmiş razılaşmalara uyğun olaraq, İran məhdud sayda neft tankerləri və ticarət gəmilərinin boğazdan tənzimlənən rejimdə keçidinə icazə verib.

Bəyanatda həmçinin vurğulanıb ki, ABŞ tərəfinin öhdəlikləri yerinə yetirməməsi ilə bağlı narazılıq mövcuddur və amerikalıların dənizdə qanunsuz fəaliyyətlərini davam etdirdiyi iddia olunur.

Aylin Bayraməliyeva



Paylaş
Şərh əlavə et