Bu gün:

Muxtar Babayev: Zəngin ölkələr COP-larda qəbul edilən qərarları nəzərə almalıdır


İqlim sammitlərində qəbul edilən qərarların icrası ilə bağlı problemlər qalmaqdadır.24media.az “Report”a istinadən xəbər verir ki, bunu Azərbaycan Prezidentinin iqlim məsələləri üzrə nümayəndəsi, COP29-un Prezidenti Muxtar Babayev Antalya Diplomatiya Forumu çərçivəsində keçirilən “COP31-ə doğru: Geosiyasi sınaqların yaşandığı bir dövrdə iqlim fəaliyyətini gücləndirmək” adlı paneldə deyib.

Onun sözlərinə görə, əvvəlki COP-larda qəbul edilən qərarların bəziləri ya ümumiyyətlə tətbiq edilməyib, ya da yarımçıq qalıb.

M.Babayev bildirib ki, xüsusilə inkişaf etməkdə olan ölkələr və Afrika regionu üçün daha konkret və həll yönümlü addımlar atılmalıdır.

“Böyük və zəngin ölkələr birgə addımlar atarkən COP çərçivəsində qəbul olunan qərarları nəzərə almalıdır. Hər il müzakirə edilən məsələlər eyni məqsədə xidmət etsə də, ildən-ilə ciddi dəyişiklik müşahidə olunmur”, – deyə o vurğulayıb.

Aylin Bayraməliyeva



Paylaş
Şərh əlavə et