Antalya Diplomatiya Forumu çərçivəsində Azərbaycan və Yəmən arasında ikitərəfli əlaqələr müzakirə olunub.
24media.az “Report”a istinadən xəbər verir ki, xarici işlər naziri Ceyhun Bayramov Yəmən Respublikasının Baş naziri, Xarici İşlər və Xaricdə Yaşayan Vətəndaşlar naziri Şaya Mohsin Zindani ilə görüş keçirib.
Nazirliyin “X” sosial media hesabında yayılan məlumata görə, görüş zamanı tərəflər siyasi dialoqun inkişafı və ikitərəfli münasibətlərin gücləndirilməsi yollarını müzakirə ediblər.
Eyni zamanda, görüşdə çoxtərəfli əməkdaşlığın əhəmiyyəti də vurğulanıb.
Aylin Bayraməliyeva
