Milli Gimnastika Arenası növbəti dəfə beynəlxalq səviyyəli idman yarışına ev sahibliyi edir. Artıq 13-cü dəfə təşkil olunan bədii gimnastika üzrə Dünya Kubokunda müxtəlif ölkələrdən güclü idmançılar iştirak edir və yarış böyük maraqla qarşılanır.

24media.az AZƏRTAC-a istinadən xəbər verir ki, turnirdə 42 ölkədən gimnastlar qüvvələrini sınayır. Bu yarışın əsas xüsusiyyəti onun “Los-Anceles-2028” Yay Olimpiya Oyunlarına təsnifat xarakteri daşımasıdır. İdmançılar fərdi və qrup proqramlarında müxtəlif alətlərlə çıxış edirlər.
Yarış üç gün davam edəcək, ilk mərhələdə təsnifat, son gündə isə finallar keçiriləcək. Turnirin sonunda ən yüksək nəticə göstərən gimnast və komanda ənənəvi “AGF Trophy” mükafatı ilə təltif olunacaq.
Arzu Qafarova
