Bu gün:

Yunanıstan-Azərbaycan Hökumətlərarası Komissiyanın iclası keçiriləcək


Yunanıstan-Azərbaycan birgə Hökumətlərarası Komissiyanın növbəti iclası bu ilin oktyabrında Afinada keçiriləcək.

24media.az Report-a istinadən xəbər verir ki, bu barədə Yunanıstanın Bakıdakı səfirliyi "X" sosial şəbəkəsində məlumat yayıb.

Məlumata görə, Yunanıstanın səfiri Mariya Papakonstantinu Azərbaycan Turizm Agentlikləri Assosiasiyasının (ATAA) İdarə Heyətinin sədri Göydəniz Qəhrəmanovla görüş keçirib. Tərəflər turizm sahəsində əməkdaşlığın gücləndirilməsi perspektivlərini müzakirə ediblər.

Qeyd olunur ki, görüş iştirakçıları ikitərəfli əlaqələrin inkişafı, xüsusən də qarşılıqlı turist axınının artırılması kontekstində mühüm potensialın olması ilə razılaşıblar.

"Görüş zamanı hər iki tərəf turizm sahəsində ikitərəfli münasibətlərin daha da möhkəmləndirilməsi üçün böyük perspektivlərin mövcud olması ilə razılaşıb, eyni zamanda qarşılıqlı turist axınının artırılması üçün bütün il boyu birbaşa hava əlaqəsinin qurulmasının vacibliyini vurğulayıblar", - deyə məlumatda bildirilib.

Ölkələr arasında bütün ilboyu birbaşa hava əlaqəsinin qurulmasının vacibliyindən danışıblar. Eləcə də AZAL aviaşirkətinin artıq ardıcıl olaraq ikinci ildir ki, həyata keçirdiyi Bakı-İraklion marşrutu üzrə reyslərinin əhəmiyyətinə xüsusi diqqət yetirilib.

Paylaş
Şərh əlavə et