Ukrayna tərəfi Rusiyanın yaxın vaxtlarda intensiv hücum planları qurduğunu açıqlayıb.
Ukraynanın xarici işlər naziri Andrey Sibiqa
24media.az “Report”a istinadən xəbər verir ki, bunu Ukraynanın xarici işlər naziri Andrey Sibiqa Antalya Diplomatiya Forumu çərçivəsində “ADF-Talks” müzakirəsi zamanı bildirib.
Nazirin sözlərinə görə, Ukrayna kəşfiyyatının məlumatları Rusiyanın kütləvi hücumlara hazırlaşdığını göstərir.
“Bizim reallığımızda kütləvi hücum ən azı 400 pilotsuz uçuş aparatı və minimum 20 raket deməkdir. Kəşfiyyat məlumatlarına görə, onlar Ukraynaya ayda yeddi dəfə belə hücumlar etməyə hazırlaşırlar”, – deyə Sibiqa vurğulayıb.
O əlavə edib ki, hazırda Ukraynanın hava hücumundan müdafiə sistemləri hücumlar zamanı hava hədəflərinin 90 faizədək hissəsini zərərsizləşdirə bilir.
Aylin Bayraməliyeva
