Rusiyada Azərbaycan dilinin öyrənilməsinin vacibliyi vurğulanıb.
Rusiyanın Baş nazirinin müavini Aleksey Overçuk
24media.az “Report”a istinadən xəbər verir ki, bunu Rusiyanın Baş nazirinin müavini Aleksey Overçuk Bakıda Azərbaycan-Rusiya İşgüzar Şurasının iclasında bildirib.
O qeyd edib ki, Azərbaycanda rus dilinə xüsusi diqqət göstərilir və bu dil məktəblərdə tədris olunur. Eyni zamanda, iki ölkə universitetləri arasında əməkdaşlığın genişləndirilməsinə maraq müşahidə olunur.
“Dünən Sankt-Peterburq Dövlət Universiteti ilə əməkdaşlıq çərçivəsində yeni Rusiya-Azərbaycan universitetinin yaradılması məsələsi müzakirə olunub”, – deyə A.Overçuk bildirib.
Onun sözlərinə görə, rus dilinin yayılması sahəsində qarşılıqlı fəaliyyət məsələləri də gündəmdə olub.
“Lakin öz tərəfimizdən başa düşürük ki, Rusiyada da Azərbaycan dilinin öyrənilməsinə ehtiyac var və biz buna dəstək verəcəyik. Bundan əlavə, Azərbaycan Respublikasını Rus Dili üzrə Beynəlxalq Təşkilata qoşulma imkanını nəzərdən keçirməyə dəvət etdik”, – deyə vitse-premyer vurğulayıb.
Aylin Bayraməliyeva
