Azərbaycanda qan və qan komponentləri üzrə ehtiyatların yetərli olduğu bildirilib.
Respublika Qan Bankının icraçı direktorunun müavini Afət Zeynalova
24media.az “Report”a istinadən xəbər verir ki, bunu Respublika Qan Bankının icraçı direktorunun müavini Afət Zeynalova açıqlamasında deyib.
Onun sözlərinə görə, Qan Bankının əsas prioritetlərindən biri qanın toplanması, saxlanması, tədarükü və təhlükəsizliyinin təmin edilməsidir.
“Hemofiliyadan əziyyət çəkən şəxslər üçün qan ehtiyatı daim nəzarət altındadır. Qana ehtiyacı olan şəxsləri təmin edirik”, – deyə o qeyd edib.
Qeyd edək ki, 17 aprel Ümumdünya Hemofiliya Günüdür. Hazırda Azərbaycanda 1779 hemofiliyalı xəstə dispanser qeydiyyatındadır.
Aylin Bayraməliyeva
