Bu gün:

BDU-da süni intellekt və akademik dürüstlük müzakirə olunub


Bakı Dövlət Universitetində dissertasiya işlərində süni intellektdən istifadə ilə bağlı müzakirə keçirilib. Tədbirdə bu texnologiyanın elmi fəaliyyətə təsiri, riskləri və akademik dürüstlüyün qorunması yolları diqqət mərkəzində olub.

24media.az AZƏRTAC-a istinadən xəbər verir ki, çıxış edənlər süni intellektin elmi işlərin hazırlanmasında yaratdığı yeni çağırışlardan bəhs ediblər. Qeyd olunub ki, bu texnologiya elmi inkişaf üçün imkanlar yaratsa da, plagiat, müəlliflik hüquqları və orijinallıq baxımından müəyyən risklər də yaradır.

Tədbirdə akademik dürüstlüyün təmin edilməsi üçün müxtəlif mexanizmlər təklif olunub. Bildirilib ki, məqsəd süni intellekti qadağan etmək deyil, onun istifadəsini qaydalar çərçivəsində tənzimləyərək təhsil prosesinə düzgün inteqrasiya etməkdir.


Arzu Qafarova 

Paylaş
Şərh əlavə et