ABŞ-li müğənni və “TikTok” ulduzu D4vd (əsl adı Devid Antoni Börk) Los-Anceles şəhərində 14 yaşlı Selest Rivas Ernandesin ölümü ilə bağlı qətl şübhəsi əsasında saxlanılıb. Hüquq-mühafizə orqanları onu ötən il itkin düşmüş yeniyetmənin qətli ilə əlaqələndirir. 
Müğənni Devid Antoni Börk
İlkin məlumatlara görə, yeniyetmənin cəsədi 2024-cü ilin sentyabr ayında müğənniyə məxsus olduğu bildirilən “Tesla” markalı avtomobildə aşkar edilib. Hadisə nəqliyyat vasitəsindən gələn kəskin qoxu ilə bağlı daxil olan şikayətlərdən sonra üzə çıxıb.
İstintaq materiallarında qeyd olunur ki, cəsəd güclü çürümə mərhələsində olub və ölüm səbəbi hələ də dəqiqləşdirilməyib. Mütəxəssislər hadisənin bir neçə həftə əvvəl baş verdiyini ehtimal edirlər.
Hazırda D4vd barəsində həbs-qətimkan tədbiri seçilib və o, girovsuz saxlanılır. İşin bazar ertəsi prokurorluğa təqdim olunacağı gözlənilir. Onun vəkilləri isə müğənninin ittihamlarla əlaqəsinin olmadığını və günahsız olduğunu bəyan ediblər.
Hadisə sosial şəbəkələrdə geniş rezonans doğurub. Məlumata görə, müğənni daha əvvəl planlaşdırılan dünya turnesini ləğv edib və bir sıra reklam müqavilələrini itirib.
Mənbə: BBC
Tərcümə etdi: Zəhra Əliyeva
