Seçenov Universitetində heyvanlarda zədələrin müalicəsi üçün yeni material — kompozit süni dəri hazırlanıb. Bu barədə RİA Novosti universitetin mətbuat xidmətinə istinadən məlumat yayıb.

Foti: Freepik
Materiala “Velistra” adı verilib. O, insanlar üçün nəzərdə tutulan tibbi məhsulların standartlarına uyğun şəkildə hazırlanıb. Layihə üzərində universitetin Regenerativ Tibb İnstitutunun alimləri çalışıblar.
Yeni material artıq 10-dan çox baytarlıq klinikasında sınaqdan keçirilib və hazırda praktik istifadəyə verilib. Qeyd olunur ki, yerli istehsal olan bu məhsulun qiyməti xarici analoqlardan 100 dəfə ucuzdur.
Mənbə: snob
Tərcümə etdi: Aysel Mehtizadə
