"Ötən il əldə edilmiş Vaşinqton razılaşmaları fonunda Ermənistan və Azərbaycan arasında sülhün möhkəmləndirilməsi iki ölkənin xalqları üçün etimada, əməkdaşlığa və real tərəqqiyə yol açan tarixi addımdır".

24media.az "Report"-a istinadən xəbər verir ki, bu barədə Ermənistan parlamentinin sədri Alen Simonyan İstanbulda Parlamentlərarası İttifaqın 152-ci assambleyasında bildirib.
