İtaliyanın Neapol şəhərində “Credit Agricole” bankının filialında soyğun hadisəsi qeydə alınıb.

24media.az APA-ya istinadən xəbər verir ki,yerli medianın məlumatına görə, hadisə zamanı təxminən 30 nəfər girov götürülüb. Girovlar arasında bankın işçiləri və müştərilərin olduğu bildirilir.
Hüquq-mühafizə orqanları operativ müdaxilə edərək girovların hamısının azad olunmasına nail olublar.
Lakin soyğunçular hadisə yerindən qaçaraq gizləniblər. Hazırda onların tutulması istiqamətində əməliyyat-axtarış tədbirləri davam etdirilir.
İlkin ehtimallara görə, cinayəti törədən şəxslərin sayı 4–5 nəfər olub.
Fidan Ağayeva
