Bu gün:

Rusiyada ev heyvanlarının küçəyə atılmasına görə cərimələrin 10 dəfə artırılması təklif olunur


Senator Ayrat Gibatdinov ev heyvanlarının küçəyə atılmasına görə cərimələrin 10 dəfə artırılmasını nəzərdə tutan qanun layihəsi hazırlayıb. Dəyişikliklər paketi İnzibati Xətalar Məcəlləsinə təklif olunaraq hökumətin rəyinə göndərilib.

Foto: wirestock

Vətəndaşlar üçün maksimum cərimə 3 min rubldan 30 min rubla, vəzifəli şəxslər üçün 15 min rubldan 100 min rubla, hüquqi şəxslər üçün isə 30 min rubldan 300 min rubla qədər artırılacaq. Toplanan bütün cərimələrin regional büdcələrə yönəldilməsi təklif olunur.

Dövlət Dumasının məlumatına görə, Rusiyada hər il təxminən 100 min heyvan küçəyə atılır. Pik dövr sentyabr–oktyabr aylarına düşür: insanlar yazda götürdükləri heyvanlardan bu dövrdə küçəyə atıllar.

“Heyvanlara məsuliyyətli yanaşma” haqqında qanun sahibləri ev heyvanlarını yeni sahibə və ya sığınacağa təhvil verməyə məcbur edir, lakin bu tələb çox vaxt yerinə yetirilmir. Eyni zamanda, əksər regionlarda sığınacaqların saxlanması üçün vəsait çatışmır — küçə itinin saxlanması ildə 240 min rubla qədər başa gəlir.

Ekspertlər cəzaların sərtləşdirilməsini dəstəkləyir, lakin xəbərdarlıq edirlər ki, heyvanların məcburi qeydiyyatı olmadan cərimələr ciddi nəticə verməyə bilər.

Mənbə: pravmir
Tərcümə etdi: Aysel Mehtizadə

Paylaş
Şərh əlavə et