Bu gün:

İsrail Cənubi Livanda söküntü işlərinə başlayıb


Yayılab peyk görüntüləri və videolar göstərir ki, Cənubi Livandakı qəsəbə və kəndlər İsrail tərəfindən həyata keçirilən söküntü işləri nəticəsində yerlə-yeksan edilir.Peyk görüntüləri

24media.az “BBC News”saytına istinadən xəbər verir ki, "Verify" ın analizi təsdiqlənmiş vizual sübutlara əsaslanaraq 2 martdan bəri 1400-dən çox binanın dağıdıldığını müəyyən edib.

Yerdəki məhdud giriş və mövcud peyk görüntüləri səbəbindən, bu, İsrailin hava hücumları və söküntü işləri nəticəsində dəymiş ümumi ziyanın yalnız bir hissəsidir. Reallıqda miqyasın çox daha yüksək olması ehtimal edilir.

Dağıntılar İsrailin Hizbullaha qarşı apardığı hərbi kampaniyanın bir hissəsidir. Məqsəd sərhəd bölgəsindəki infrastrukturu təmizləməkdir.


Nərmin Nəcəfova

Paylaş
Şərh əlavə et