Bu gün:

Azərbaycan cüdoçuları Avropa çempionatında yarımfinala yüksəlib


Azərbaycan cüdoçusu Şəfəq Həmidova Gürcüstanın paytaxtı Tbilisidə keçirilən Avropa çempionatında uğurlu çıxış edərək yarımfinala yüksəlib. 48 kiloqram çəki dərəcəsində mübarizə aparan idmançı rəqibini ipponla məğlub edərək növbəti mərhələyə keçib..

24media.az AZƏRTAC-a istinadən xəbər verir ki, digər cüdoçumuz Balabəy Ağayev də 60 kiloqram çəki dərəcəsində yarımfinala vəsiqə qazanıb. O, 1/4 finalda ukraynalı rəqibini məğlub edərək növbəti mərhələyə yüksəlib.

Qeyd edək ki, turnirdə çıxış edən bəzi idmançılar mübarizəni erkən dayandırsa da, digərləri təsəlliverici görüşlərdə iştirak edəcək. Azərbaycan komandası yarışda ümumilikdə 15 idmançı ilə təmsil olunur və turnir aprelin 19-dək davam edəcək.


Arzu Qafarova

Paylaş
Şərh əlavə et