Bu gün:

İran Pakistanla məsləhətləşmələrdən sonra ABŞ ilə danışıqların ikinci mərhələsi barədə qərar qəbul edəcək


24media.az APA-ya istinadən bildirir ki, İran Tehranda səfərdə olan Pakistan ordusunun komandanı Asim Munirin rəhbərlik etdiyi nümayəndə heyəti ilə məsləhətləşmələrdən sonra ABŞ ilə danışıqların növbəti mərhələsi barədə qərar qəbul edəcək.

Mənbələrdən biri bildirib ki, Livanda elan olunan atəşkəs İranın növbəti mərhələ barədə qərar qəbul etməsi üçün müsbət əlamət olub, lakin ABŞ danışıqlarda məntiqi çərçivəyə riayət etməlidir.

Paylaş
Şərh əlavə et