İran ordusu ABŞ-nin Hörmüz boğazındakı blokadasının davam etdiyi halda, Fars körfəzi, Umman dənizi və Qırmızı dəniz istiqamətlərində heç bir idxal-ixrac fəaliyyətinin davam etməsinə imkan verilməyəcəyini açıqlayıb.
İran rəhbərliyi ictimai mesajlarını çatdırmaq üçün əsas prospektlərdə böyük ölçülü posterlərdən istifadə edir - 15 aprel 2026
24media.az "Al Jazeera"yə istinadən bildirir ki, ordunun koordinasiyasındakı ən yüksək əməliyyat qurumu olan "Xatəm əl‑Ənbiya" Mərkəz Qərargahı komandanı Əli Əbdullahi bildirib ki, ABŞ-nin bölgəyə qanunsuz dəniz blokadasını davam etdirəcəyi və İran ticarət gəmiləri və neft tankerləri üçün təhlükəli mühit yaradacağı təqdirdə bu addım atəşkəsin pozulması hesab ediləcək.
Əbdullahi hansı ölkələrin ticarətinin təsirlənə biləcəyini açıqlamasa da, qeyd etdiyi bölgələrin çox geniş coğrafiyanı əhatə etdiyi vurğulanır.
ABŞ-nin İran limanlarına qarşı tətbiq etdiyi dəniz blokadası 13 aprel tarixində başlayıb. ABŞ ordusu ilk 24 saat ərzində heç bir gəminin blokadadan keçə bilmədiyini və altı kommersiya gəmisinin geri qayıtmağa məcbur edildiyini bəyan edib.
Bu gərginlik İran və ABŞ nümayəndə heyətlərinin İslamabadda keçirilən danışıqlarının nəticəsiz qalmasının ardından yüksəlib. Buna baxmayaraq, tərəflər arasında yeni təmas ehtimalı gündəmdə qalır.
Qeyd edək ki, Prezident Donald Tramp 14 aprel tarixli açıqlamasında danışıqların iki gün içində yenidən başlaya biləcəyini bildirib.
Aytac Musayeva
