Bu gün:

Çin hökuməti ABŞ tərəfindən tətbiq edilən dəniz blokadası ilə bağlı açıqlama verib


Çinin Xarici İşlər Nazirliyi bildirib ki, bu addım atəşkəsi daha da zəiflədəcək və İranın ABŞ–İsrail zərbələrinə cavab olaraq bağladığı strateji əhəmiyyətli Hörmüz boğazından keçən gəmiləri daha böyük risk altına qoyacaq.

Dəniz blokadası səbəbindən İran limanlarına daxil ola bilməyən yük gəmisi

24media.az “BBC News”a istinadən xəbər verir ki, Hörmüz boğazında tətbiq edilən dəniz yolunun bağlanması bazar ertəsi günü, ABŞ ilə İran arasında İslamabadda keçirilən sülh danışıqlarının nəticəsiz başa çatmasından bir gün sonra qüvvəyə minib.

Donald Tramp bildirib ki, bu addım İranı nüvə ambisiyalarından əl çəkməyə məcbur etmək məqsədi daşıyır. Analitiklərə görə isə bu qərar həm də İran neftinin ən böyük alıcılarından biri olan Çinə təzyiq göstərərək rəsmi Tehranın boğazı yenidən açmasına nail olmaq üçün hesablanıb.

Qeyd olunur ki, dəniz yolunun bağlanmasının əsas məqsədi İranın nüvə proqramına təsir göstərmək və eyni zamanda neft idxalçısı olan Çin vasitəsilə Tehrana əlavə təzyiq mexanizmi formalaşdırmaqdır.


Nərmin Nəcəfova

Paylaş
Şərh əlavə et