Türkiyə ABŞ-İran müharibəsi fonunda əldə olunan atəşkəsin davam etdirilməsi istiqamətində fəal mövqe nümayiş etdirir.
24media.az “Report”a istinadən xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ədalət və İnkişaf Partiyasının (AK Parti) Türkiyə Böyük Millət Məclisində keçirilən qrup toplantısında çıxışı zamanı deyib.
Onun sözlərinə görə, Pakistanın ev sahibliyi ilə baş tutan ABŞ-İran danışıqlarında gözlənilən nəticə əldə olunmayıb, eyni zamanda Hörmüz boğazında gərginlik daha da artıb.
Ərdoğan əlavə edib ki, İkinci Dünya müharibəsinin qalibləri tərəfindən qurulan qlobal sistem artıq dağılma mərhələsindədir.
Xatırladaq ki, ABŞ və İsrail fevralın 28-də İrana qarşı hərbi əməliyyatlara başlayıb. Nəticədə İranın ali rəhbəri ayətullah Əli Xamenei və bir sıra yüksək vəzifəli şəxslər öldürülüb. Ötən gecə, hərbi əməliyyatların təxminən 40-cı günündə Pakistanın vasitəçiliyi ilə ABŞ və İsrail arasında iki həftəlik atəşkəs razılaşması elan edilib. Lakin tərəflərin şərtləri ilə bağlı aprelin 11-12-də İslamabadda keçirilən görüşdə razılıq əldə olunmayıb.
Aylin Bayraməliyeva
