Bu gün:

“Qarabağ” 700 manat cərimələnib


Ağdam təmsilçisi intizam qaydalarının pozulmasına görə maliyyə sanksiyası ilə üzləşib. 24media.az “Report”a istinadən xəbər verir ki, bu barədə qərar AFFA İntizam Komitəsi tərəfindən qəbul olunub.Buna səbəb “Qarabağ”ın dörd futbolçusunun Misli Premyer Liqasının XXVII turunda “Şamaxı” ilə keçirilən oyunda sarı vərəqə alması olub.

Xatırladaq ki, qarşılaşma qolsuz bərabərliklə başa çatıb.

Aylin Bayraməliyeva



Paylaş
Şərh əlavə et