“Araz Saatlı” klubunun nümayəndəsi oyundan sonra qeyri-idman davranışına görə ciddi sanksiya ilə üzləşib. 24media.az “Report”a istinadən xəbər verir ki, qərar AFFA İntizam Komitəsinin iclasında qəbul olunub.
Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) rəsmi loqosu
II Liqanın XXII turunun “Araz Saatlı” – “Göygöl” oyununda hər iki komandanın 5 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klubların hər biri 70 manat cərimə olunub.
“Araz Saatlı”nın təhlükəsizlik üzrə meneceri Xəyal Məmmədov matçdan sonra rəqib oyunçuları və hakimləri təhqir və təhdid etdiyinə görə 5 oyunluq cəzalandırılıb, klub isə 1000 manat cərimə olunub.
Bundan əlavə, Saatlı təmsilçisinin futbolçusu Samir Məmmədov əvəzləndikdən sonra hakimləri təhqir etdiyi üçün 4 oyunluq diskvalifikasiya edilib, komandası isə əlavə 1000 manat cərimələnib.
“Göygöl” komandasının nümayəndəsi matçöncəsi iclasda iştirak etmədiyi üçün klub 150 manat cərimə olunub.
Aylin Bayraməliyeva
