Azərbaycanın mədəniyyət paytaxtı Şuşa ilə İndoneziya şəhərlərindən biri arasında qardaşlaşma perspektivi müzakirə olunub.
Şuşa şəhərinin tarixi qala divarları
24media.az Report-a istinadən xəbər verir ki, bu fikir Prezidentin Şuşa rayonunda xüsusi nümayəndəsi Aydın Kərimovun İndoneziyanın Azərbaycandakı səfiri Berlian Helmini ilə görüşündə səsləndirilib.
Görüş zamanı Aydın Kərimov Şuşada aparılan bərpa və yenidənqurma işləri, infrastrukturun müasirləşdirilməsi və əhalinin mərhələli şəkildə geri qayıdışı barədə səfiri məlumatlandırıb. O qeyd edib ki, şəhərdə həyata keçirilən layihələr Şuşanın tarixi-memarlıq xüsusiyyətlərinə və milli-mədəni dəyərlərə uyğun şəkildə icra olunur.
Berlian Helmini isə bildirib ki, gələcəkdə İndoneziyanın şəhərlərindən birinin Şuşa ilə qardaşlaşması iki ölkə arasında əlaqələrin inkişafına mühüm töhfə verə bilər.
Görüşdə, həmçinin Azərbaycan və İndoneziya arasında ikitərəfli münasibətlər, dostluq əlaqələri və qarşılıqlı faydalı əməkdaşlığın genişləndirilməsi məsələləri müzakirə olunub.
Aylin Bayraməliyeva
