"BBC"dən verilən məlumata əsasən, Yunanıstan polisi Türkiyə ilə quru sərhəddə miqrantların qeyri-qanuni geri qaytarılması prosesində digər miqrantları cəlb etməkdə ittiham olunur.
Sərhəddə qanunsuzluq edən maskalı şəxs miqrantlar tərəfindən ələ keçirilib
24media.az “BBC News”a istinadən xəbər verir ki, məsələ ilə bağlı açıqlama verən Yunanıstanın Baş naziri sözügedən iddialardan “tamamilə xəbərsiz” olduğunu bəyan edib və hökumətin bu cür prosesləri dəstəkləmədiyini vurğulayıb.
Qalmaqalın əsasını isə iddialara görə, bu əməliyyatlarda üçüncü tərəf kimi miqrantlardan istifadə olunması təşkil edir. Bildirilir ki, bəzi miqrantlara ölkə ərazisində qalmaq icazəsi vəd edilərək onların digər miqrant qruplarının sərhəddən geri çəkilməsi prosesində “maskalı icraçılar” kimi iştirakı təmin olunur.
Nərmin Nəcəfova
