Diplomatik münasibətlərdə yaranmış fasilədən sonra Azərbaycan İranın paytaxtı Tehranda yerləşən səfirliyinin fəaliyyətini yenidən aktivləşdirib.
Azərbaycan İranın paytaxtı Tehranda yerləşən səfirliyi
24media.az AnewZ-a istinadən xəbər verir ki, Azərbaycan səfirliyi Tehranda məhdud heyətlə fəaliyyətini bərpa edib.
Məlumata görə, səfirlik hazırda səfir və bir neçə diplomatik və inzibati əməkdaşın iştirakı ilə fəaliyyət göstərir. Bildirilir ki, diplomatik nümayəndəliyin işi mərhələli şəkildə yenidən qurulur.
Qeyd olunur ki, bu addım Azərbaycan ilə İran arasında diplomatik əlaqələrin normallaşdırılması və qarşılıqlı münasibətlərin inkişaf etdirilməsi baxımından mühüm əhəmiyyət daşıyır. Xarici İşlər Nazirliyi səfirliyin yenidən fəaliyyətə başlamasını ikitərəfli münasibətlərdə sabitliyin gücləndirilməsi istiqamətində atılmış addım kimi qiymətləndirir.
Səfirliyin yaxın dövrdə fəaliyyətinin daha geniş tərkibdə davam etdirilməsi nəzərdə tutulur.
Aylin Bayraməliyeva
