Bu gün:

ABŞ–İran münasibətlərində gərginlik davam edir


İran ilə ABŞ arasında aparılan danışıqlar hələ də nəticə vermir və tərəflər arasında mövcud fikir ayrılıqları danışıqlar prosesini uzatmağa davam edir. 

İran–ABŞ danışıqlarında İran tərəfini təmsil edən rəsmi nümayəndə 


24Media.az "Reuters"ə istinadən bildirir ki, İran prezidenti Məsud Pezeşkian bildirib ki, Vaşinqtonun siyasəti ədalətli və balanslı razılaşmanın əldə olunmasına mane olur. ABŞ beynəlxalq hüquq prinsiplərinə riayət etmədiyi müddətdə tərəflər arasında irəliləyiş əldə etmək çətin olacaq. Pezeşkian, həmçinin vurğulayıb ki, İran dialoqa açıqdır, lakin bu dialoq qarşılıqlı hörmət və bərabərlik prinsipləri əsasında qurulmalıdır.


Ekspertlər qeyd edirlər ki, mövcud vəziyyət regionda gərginliyi artırmaqda davam edir və tərəflər arasında etimadın aşağı səviyyədə qalması diplomatik prosesin ləngiməsinə səbəb olur.


Qeyd edək ki, hazırda diplomatik səylər davam etsə də, yaxın zamanda ciddi irəliləyişin əldə olunacağı gözlənilmir.


Şehrin Musayeva

Paylaş
Şərh əlavə et