Azərbaycanda 332 nəfərin IELTS imtahanı xərcləri qarşılanıb.
24Media.az Report-a istinadən xəbər verir ki, Azərbaycanda ilin ilk rübündə 332 nəfərin IELTS imtahanı üzrə xərcləri Təhsilin İnkişafı Fondu tərəfindən qarşılanıb.
Məlumata görə, iştirakçıların 190-ı kişi, 142-si qadındır. Onların böyük əksəriyyətini bakalavr pilləsində təhsil alan tələbələr təşkil edir.
Layihə çərçivəsində 302 bakalavr, 24 magistr, 3 doktorant və 3 müəllim iştirak edib.
Qeyd edilib ki, 2026-cı ildən etibarən proqram üzrə tələblər təkmilləşdirilib. Belə ki, namizədlərdən minimum 7.0 IELTS nəticəsi toplamaq və nəticəni əldə etdikdən sonra 6 ay ərzində təhsil aldıqları ali təhsil müəssisəsinə müraciət etmək tələb olunur.
Aylin Bayraməliyeva
