Bu gün:

Azərbaycan beynəlxalq hesabatda vergi məlumatı mübadiləsində yüksək nəticə əldə edib


Azərbaycan vergi məqsədləri üçün məlumat mübadiləsi sahəsində beynəlxalq qiymətləndirmədə yüksək nəticə əldə edib.24Media.az “Report”a istinadən xəbər verir ki, bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti məlumat yayıb.

Bildirilib ki, “Vergi məqsədləri üçün şəffaflıq və məlumat mübadiləsi üzrə Qlobal Forum”un yekun hesabatında Azərbaycan “Məxfilik və məlumatların konfidensiallığının qorunması” istiqaməti üzrə yüksək qiymətləndirilib.

Qeyd olunub ki, qiymətləndirmə zamanı ölkədə informasiya təhlükəsizliyi tədbirləri, daxili prosedurlar və “Təhlükəsizlik Əməliyyatları Mərkəzi”nin (SOC) fəaliyyəti yüksək dəyərləndirilib.

Bu nəticə Azərbaycanın beynəlxalq səviyyədə etibarlı və müasir kibertəhlükəsizlik standartlarına cavab verən sistem qurduğunu təsdiqləyir.

Aylin Bayraməliyeva


Paylaş
Şərh əlavə et