Braziliyanın rəsmi statistika xidmətinin məlumatına görə, cari ilin mart ayında Rusiya Braziliyadan heyvan yemlərinin idxalını əhəmiyyətli dərəcədə artırıb — göstərici ötən ilin eyni dövrü ilə müqayisədə demək olar ki, 30 dəfə artıb.

Heyvan yemi, new-retair.
Bu artımın səbəbi tədarük zəncirlərində baş verən keyfiyyət dəyişiklikləri ola bilər. Əgər 2025-ci ilin mart ayında idxalın həcmi cəmi 61,2 min dollar təşkil edirdisə, hesabat ayında Rusiya şirkətləri artıq 1,8 milyon dollar dəyərində məhsul idxal ediblər. Belə kəskin artım bir neçə amillə izah oluna bilər: məsələn, Rusiyada ev və kənd təsərrüfatı heyvanlarının sayının artması, keyfiyyətli yemlərə tələbatın yüksəlməsi və ya Braziliyadan tədarükləri daha sərfəli edən logistika zəncirlərinin yenidən qurulması.
Mart ayının yekunlarına əsasən, Rusiya Federasiyası Braziliyadan heyvan yemlərinin ən böyük idxalçıları siyahısında səkkizinci yeri tutub. Rusiyanın ümumi ixracdakı payı 3,7 % təşkil edib. Braziliya məhsullarının ən böyük alıcıları isə Cənubi Amerika regionunun digər ölkələri olub. İlk üçlüyü Paraqvay (11,8 %), Çili (10,3 %) və Kolumbiya (9,8 %) təşkil edib.
Rusiyanın idxalının əhəmiyyətli dərəcədə artması daxili bazarın yeni tədarükçülərə yönəlməsini və aqrar-sənaye kompleksi sahəsində Rusiya ilə Braziliya arasında ticarət əlaqələrinin güclənməsini göstərə bilər. Daha əvvəl bildirilib ki, 2025-ci il Rusiyanın heyvan yemləri ixracı baxımından rekord il olub. İxrac fiziki həcmdə 106 min ton, dəyər ifadəsində isə 256 milyon dollar təşkil edib. Rusiya yemlərinin əsas alıcısı isə Belarus Respublikası olaraq qalır.
Mənbə: new-retair
Tərcümə etdi: Aysel Mehtizadə
