Bu ilin yanvar–fevral aylarında Azərbaycanda muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı əvvəlki ilin müvafiq dövrünə nisbətən 5,3 % artaraq 1 099 manat təşkil edib.
24media.az “Report”a istinadən xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb. İqtisadiyyatın mədənçıxarma sənayesi, maliyyə və sığorta fəaliyyəti, informasiya və rabitə, peşə, elmi və texniki fəaliyyət, eləcə də nəqliyyat və anbar təsərrüfatı sahələrində əməkhaqqı daha yüksək olub.
Bu il martın 1-nə ölkədə muzdla çalışan işçilərin sayı 1 milyon 784 min nəfər olub. Onlardan 870,6 min nəfəri dövlət sektorunda, 913,4 min nəfəri isə qeyri-dövlət sektorunda çalışıb.
Muzdla çalışanların 18,5 %-i ticarət və nəqliyyat vasitələrinin təmiri, 18,3 %-i təhsil, 13,8 %-i sənaye, 8,6 %-i səhiyyə və sosial xidmətlər, 6,5 %-i tikinti, 6,1 %-i dövlət idarəetməsi və müdafiə, 4,4 %-i nəqliyyat və anbar təsərrüfatı, 4 %-i peşə, elmi və texniki fəaliyyət, 2,4 %-i maliyyə və sığorta, 2,3 %-i kənd təsərrüfatı sahələrində, 15,1 %-i isə digər sahələrdə fəaliyyət göstərib.
Aylin Bayraməliyeva
