Bu gün:

Bakıda Bahar xeyriyyə yarmarkası keçirilib


Bakıda çox sayda sakini və şəhərin qonağını bir araya gətirən Bahar xeyriyyə yarmarkası keçirilib.

Bakıda keçirilən xeyriyyə məqsədli Bahar yarmarkasının iştirakçıları


24media.az “Report”a istinadən xəbər verir ki, bu barədə Qazaxıstanın Bakıdakı səfirliyindən bildirilib.

Tədbir Bakı Beynəlxalq Qadınlar Klubu və Qazaxıstanın Azərbaycandakı səfirliyinin təşkilatçılığı ilə baş tutub. Yarmarkanı xarici ölkə səfirlikləri, yerli və xarici şirkətlər, könüllülər dəstəkləyib.

Qazaxıstanın Azərbaycandakı səfiri Alim Bayel çıxışında bu cür tədbirlərin əhəmiyyətini vurğulayıb. Bildirilib ki, toplanan vəsait şəhid və qazi ailələrinə, sağlamlıq imkanları məhdud uşaqlara və ehtiyacı olan qadınlara dəstək məqsədilə istifadə olunacaq.

Tədbirdə rəsmi şəxslər çıxış edib, yarmarka çərçivəsində əl işləri, milli yeməklər təqdim olunub, musiqi proqramı və əyləncələr təşkil edilib.

Aylin Bayraməliyeva



Paylaş
Şərh əlavə et