Bu gün:

Əbdüllətif Rəşid İraqda prezident seçkilərində iştirakdan imtina edib


İraqın hazırkı rəhbəri Əbdüllətif Rəşid növbəti prezident seçkilərində iştirakdan imtina edib.

İraq Prezidenti Əbdüllətif Rəşid


24Media.az “Report”a istinadən xəbər verir ki, bu barədə İraqın milli xəbər agentliyi – INA məlumat yayıb.

“Parlamentin spikeri Heybət əl-Halbusi Əbdüllətif Rəşidin adının namizədlər siyahısından çıxarıldığını elan edib”, – agentlik bildirib.

Beləliklə, prezident postuna namizədlərin sayı 16-ya enib.

İraq Prezidenti Nümayəndələr Şurasında (parlamentdə) səs çoxluğu ilə seçilir və səlahiyyət müddəti 4 ildir.

Qeyd edək ki, Əbdüllətif Rəşid 2022-ci ilin oktyabrında İraq Prezidenti seçilib.

Aylin Bayraməliyeva



Paylaş
Şərh əlavə et