Bu gün:

Makron və Məhəmməd bin Salman ABŞ-İran danışıqlarını müzakirə ediblər


Fransa Prezidenti Emmanuel Makron Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salmanla Yaxın Şərqdəki vəziyyəti müzakirə edib.

Fransa Prezidenti Emmanuel Makron Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salman


24Media.az “Report”a istinadən xəbər verir ki, bu barədə Fransa Prezidenti “X” sosial şəbəkəsindəki hesabında yazıb.


E.Makron həmçinin Hörmüz boğazının blokadadan azad edilməsinin zəruriliyinə toxunub: “Biz Hörmüz boğazında azad və təhlükəsiz gəmiçiliyin mümkün qədər tez bərpa olunmasının vacibliyini müzakirə etdik. Pakistanda danışıqlar davam edərkən, biz gərginliyin azaldılmasına, gəmiçiliyin azadlığına və regionda möhkəm sülh və təhlükəsizliyi təmin edəcək sazişin bağlanmasına kömək etmək üçün sıx əlaqə saxlamağa razılaşdıq”.


Qeyd edək ki, hazırda İran və ABŞ Pakistanın vasitəçiliyi ilə İslamabadda danışıqlar aparır.


Aylin Bayraməliyeva


Paylaş
Şərh əlavə et