Bu gün:

Ərdoğan və Makron Cənubi Qafqazda sülh prosesinin dəstəklənməsini müzakirə edib


Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan fransalı həmkarı Emmanuel Makronla Cənubi Qafqazda sülh prosesinin dəstəklənməsini müzakirə edib.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Fransa Prezidenti Emmanuel Makron


24Media.az “Report”a istinadən xəbər verir ki, bu barədə Türkiyə Prezidentinin mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, liderlər görüş zamanı beynəlxalq hüquqa əsaslanaraq Hörmüz boğazında keçid sərbəstliyinin təmin edilməsi, Suriyada baş verən proseslər, Cənubi Qafqazda sülh prosesinin dəstəklənməsi, davamlı sülh axtarışları və Ukrayna ilə Rusiya arasında danışıqların canlandırılması məsələləri ətrafında fikir mübadiləsi aparıblar.

Rəcəb Tayyib Ərdoğan İrana hücumlarla başlayan gərginliyin qlobal miqyasda mənfi təsirlərinə də diqqət çəkib. O bildirib ki, Türkiyənin müvafiq dövlətlərlə əməkdaşlıq çərçivəsində həyata keçirdiyi diplomatik səylər atəşkəs proseslərində mühüm rol oynayır.

Türkiyə Prezidenti bölgədə davamlı sülhün bərqərar olunması üçün diplomatiyanın vacibliyini vurğulayıb.

Aylin Bayraməliyeva



Paylaş
Şərh əlavə et