“Sülh Körpüsü” təşəbbüsünün özəlliyi ondan ibarətdir ki, Azərbaycan və Ermənistanın vətəndaş cəmiyyətlərinin nümayəndələri vasitəçilər olmadan ünsiyyət qurmaq imkanına malikdirlər.
Cənubi Qafqaz Araşdırmalar Mərkəzinin direktoru Fərhad Məmmədov jurnalistlərin suallarını cavablandırarkən
24Media.az “Report”a istinadən xəbər verir ki, bunu “Sülh Körpüsü” təşəbbüsünün koordinatoru, Cənubi Qafqaz Araşdırmalar Mərkəzinin direktoru Fərhad Məmmədov Qəbələdə iki ölkənin vətəndaş cəmiyyəti nümayəndələrinin görüşünün yekunlarına dair keçirilən mətbuat konfransında bildirib.
Onun sözlərinə görə, bu, Azərbaycan və Ermənistan vətəndaş cəmiyyəti nümayəndələrinin dördüncü görüşü olub.
“Bu təşəbbüs ötən il beş nəfərlə başladı, bu gün isə ona hər tərəfdən artıq 20 iştirakçı qoşulub. Bu gün iki saat ərzində Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Ermənistan cəmiyyəti nümayəndələrinin suallarını cavablandırıb. Əvvəllər də QHT-lər arasında sülhün bərqərar olmasına yönəlmiş görüşlər keçirilirdi, lakin onlar vasitəçilərin iştirakı ilə baş tuturdu”, – deyə o əlavə edib.
Aylin Bayraməliyeva
