İran ABŞ-la danışıqların başlaması üçün Livanda atəşkəsi və dondurulmuş aktivlərinin azad olunmasını şərt kimi irəli sürüb.

İran parlamentinin sədri Məhəmmədbaqir Qalibaf
24media.az APA-ya istinadən xəbər verir ki, bu barədə İran parlamentinin sədri Məhəmməd Baqir Qalibaf “X” hesabında yazıb.
“Qarşılıqlı şəkildə razılaşdırılmış iki maddə hələ də icra olunmayıb - Livanda atəşkəs və danışıqlardan əvvəl İranın bloklanmış aktivlərinin azad edilməsi.
Danışıqlar başlamazdan əvvəl bu iki məsələ yerinə yetirilməlidir”, - Qalibaf vurğulayıb.
Fidan Ağayeva
