Hindistanın paytaxtı Nyu-Delhidə Pakistan kəşfiyyatına bağlı olduğu iddia edilən 11 nəfər saxlanılıb.

24media.az APA-ya istinadən xəbər verir ki,bu barədə “Press Trust of India” məlumat yayıb.
Məlumata görə, saxlanılan şəxslər casusluq fəaliyyəti, silah qaçaqmalçılığı və terror aktları planlaşdırmaqda şübhəli bilinirlər.
Bildirilir ki, əməliyyat zamanı hərbi obyektlərin yaxınlığında quraşdırılmış gizli kameralar aşkar edilib. Həmçinin hüquq-mühafizə orqanları tərəfindən silah və partlayıcı maddələr müsadirə olunub.
Qeyd olunub ki, toplanan məlumatların Pakistan tərəfinə ötürüldüyü ehtimal edilir.
Faktla bağlı araşdırmalar davam etdirilir.
Fidan Ağayeva
