Bu gün:

Multimedia "TapAgro" platformasının funksionallığı genişləndirilib


Kənd Təsərrüfatı Nazirliyi aqronom və baytar fəaliyyəti ilə məşğul olan mütəxəssislər üçün nəzərdə tutulmuş “TapAgro” platformasının funksionallığını genişləndirib.24Media.az “Report”a istinadən xəbər verir ki, artıq göstərilən xidmətləri daha geniş fermer auditoriyasına çatdırmaq mümkün olacaq.

Bunun üçün www.tapagro.az portalına daxil olaraq “Qoşul” bölməsinə keçid etmək, göstərilən xidmətlərə dair ilkin məlumatları sistemə daxil etmək kifayətdir.

Bundan əlavə, [email protected] elektron poçt ünvanına yazmaqla və ya +994 70 555 75 58 mobil nömrəsinə zəng edərək müraciət etmək mümkündür.

Aqronom və baytar olaraq TapAgro-ya qoşulmaq üçün: https://tapagro.az/bize-qosul

Aqronomlar üçün: https://tapagro.az/aqronomlar

Baytarlar üçün: https://tapagro.az/baytarlar

Aylin Bayraməliyeva



Paylaş
Şərh əlavə et