Bu gün:

Qazaxıstan nümayəndə heyəti Şəhidlər xiyabanını və Zəfər parkını ziyarət edib


Azərbaycanda səfərdə olan Qazaxıstanın xarici işlər naziri Yermek Koşerbayev və nəqliyyat naziri Nurlan Sauranbayev Şəhidlər xiyabanını ziyarət ediblər.

Bakıdakı Şəhidlər xiyabanında yerləşən "Əbədi məşəl" abidə kompleksi


24Media.az “Report”a istinadən xəbər verir ki, ziyarət zamanı Azərbaycanın azadlığı və müstəqilliyi uğrunda canlarını qurban vermiş qəhrəman Vətən övladlarının xatirəsi ehtiramla yad olunub, məzarları üzərinə tər güllər düzülüb və “Əbədi məşəl” abidəsinin önünə əklil qoyulub.

Qonaqlara Şəhidlər xiyabanının tarixi və şəhərdə aparılan abadlıq-quruculuq işləri barədə məlumat verilib, Bakının mənzərəsi nümayiş etdirilib. Eyni zamanda, Zəfər parkı da ziyarət olunaraq abidə önünə əklil qoyulub.

Aylin Bayraməliyeva



Paylaş
Şərh əlavə et