Bu gün:

Ukraynanın xarici işlər naziri Ceyhun Bayramova zəng edib


Ukraynanın XİN başçısı Azərbaycanlı həmkarına zəng edib.

Ukraynanın xarici işlər naziri Andrey Sibiqa Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramova telefonla zəng edib.


24media.az APA-ya istinadən xəbər verir ki, ukraynalı nazir bu barədə “X” hesabında paylaşım edib.


“Azərbaycanlı həmkarım Ceyhun Bayramov ilə telefon danışığım oldu. İkitərəfli münasibətlərin mövcud vəziyyətini və gələcək inkişafını müzakirə etdik, ölkələrimiz arasında əməkdaşlığın dərinləşdirilməsinə sadiqliyimizi bir daha təsdiqlədik.


Həmçinin təhlükəsizlik məsələləri, konektivlik, nəqliyyat marşrutlarının və dəhlizlərinin inkişafı daxil olmaqla beynəlxalq gündəmdə olan geniş məsələlər üzrə fikir mübadiləsi apardıq”, – nazir qeyd edib.

Fidan Ağayeva

Paylaş
Şərh əlavə et