Suriya hava məkanını açaraq Dəməşq beynəlxalq hava limanının fəaliyyətini bərpa edib.
Dəməşq Beynəlxalq Hava Limanının peronunda dayanan təyyarə və idarəetmə qülləsi
24Media.az “Report”a istinadən xəbər verir ki, bu barədə SANA agentliyi ölkənin Mülki Aviasiya İdarəsinə istinadən məlumat yayıb.
Bildirilib ki, Suriya bütün hava dəhlizlərini yenidən açıb və hava əlaqəsi tam şəkildə bərpa olunub. Qeyd olunub ki, Dəməşq beynəlxalq hava limanı artıq normal rejimdə fəaliyyət göstərir, müntəzəm reyslərin qəbulu və yola salınması həyata keçirilir.
Aylin Bayraməliyeva
