Bu gün:

Dini konfessiyalar ABŞ-nin Azərbaycandakı dini vəziyyətlə bağlı qiymətləndirməsini pisləyib


Azərbaycanda fəaliyyət göstərən dini konfessiyalar ABŞ-nin Beynəlxalq Dini Azadlıq Komissiyasının (USCIRF) “2026-cı il İllik Hesabatı”nda yer alan ölkədəki dini vəziyyətlə bağlı qiymətləndirmələri qəti şəkildə rədd edib.

Bakı şəhərində yerləşən Təzəpir məscidinin xarici görünüşü


24Media.az “Report”a istinadən xəbər verir ki, Qafqaz Müsəlmanları İdarəsindən daxil olan birgə bəyanatda qeyd olunub ki, hesabatdakı iddialar əsassızdır və reallığı əks etdirmir. Bildirilib ki, sənəddə dini azadlıqların pozulması və dini icmalara təzyiq göstərilməsi ilə bağlı yer alan fikirlər qərəzli yanaşmanın nəticəsidir.

Bəyanatda vurğulanıb ki, Azərbaycan dinlərarası dialoq və tolerantlıq sahəsində həm ölkə daxilində, həm də beynəlxalq səviyyədə mühüm təşəbbüslərlə çıxış edir və bu istiqamətdə nümunəvi model hesab olunur.

Eyni zamanda qeyd edilib ki, USCIRF-in Azərbaycana münasibətdə daha obyektiv mövqe sərgiləyəcəyi, mövcud faktlara əsaslanaraq yanaşmasını yenidən nəzərdən keçirəcəyi gözlənilir. Bununla yanaşı, ölkənin “Xüsusi İzləmə Siyahısı”na daxil edilməsinin ədalətsiz olduğu vurğulanıb və bu qərarın aradan qaldırılması üçün müvafiq addımların atılacağına ümid ifadə olunub.

Aylin Bayraməliyeva


Paylaş
Şərh əlavə et