Bu gün:

Qırmızı kitaba daxil edilmiş heyvanların öldürülməsi qadağandır


Təbii Sərvətlər Nazirliyi Qırmızı kitaba daxil edilmiş heyvanların ovlanması qaydalarının dəyişdirilməsi ilə bağlı məlumatları təkzib edib. Bildirilib ki, əvvəlki kimi, bu cür ov yalnız istisna hallarda — insan həyatına təhlükə olduqda və ya heyvanlar arasında təhlükəli xəstəliklərin yayılmasının qarşısını almaq üçün icazə verilir.

Manul — Qırmızı kitaba daxil edilmiş heyvandır, earthtouches.

Nazirlik izah edib ki, bəzi KİV-lər layihə qərarını yanlış şərh ediblər. Sənəd icazələrin verilməsi üçün əsasları genişləndirmir, sadəcə onların verilməsi və sonrakı nəzarət mexanizmini yeniləyir, prosesi daha şəffaf və aydın edir.

Layihə həmçinin qaydaların yalnız federal Qırmızı kitaba deyil, həm də regional siyahılara şamil olunduğunu dəqiqləşdirir. Bununla belə, əsas prinsip dəyişməz qalır: icazələr yalnız məhdud və istisna hallarda verilə bilər.

Səlahiyyətlər də daha dəqiq bölüşdürülür. Rosprirodnadzor federal Qırmızı kitaba daxil edilmiş növlər (həmçinin eyni zamanda federal və regional siyahılarda olanlar) üzrə icazə verəcək, regional qurumlar isə yalnız öz Qırmızı kitablarına daxil olan növlərlə bağlı icazə verə biləcəklər. Nəzarət funksiyaları da eyni qaydada bölüşdürüləcək.

Bundan əlavə, prosedurun daha müasir formata keçirilməsi planlaşdırılır: icazələr elektron reyestrdə qeydiyyata alınacaq, müraciət edənlərə bildirişlər isə dövlət xidmətləri portalı vasitəsilə göndəriləcək. Ümumilikdə dəyişikliklər nadir növlərin qorunmasını zəiflətməyə deyil, inzibati prosedurları təkmilləşdirməyə və nəzarətin şəffaflığını artırmağa yönəlib.

Mənbə: oбъясняем.рф 
Tərcümə etdi: Aysel Mehtizadə

Paylaş
Şərh əlavə et