
Sürreal elementlər dram filmlərinə daxil edilmir. Ssenari klassik hekayə üsullarına əməl etməklə giriş, əsas və nəticə hissələrindən ibarətdir. Dram filmlərində sosial problemlər və ya xarakter yönümlü hekayələr danışılır.
1- Ayla: Müharibə Qızı
Imdb reytinqi: 8.4
Asiya Dünya Film Festivalında ilin ən yaxşı filmi mükafatını qazanan film Koreya müharibəsindən gerçək bir hekayəni böyük ekrana gətirir. Koreya müharibəsi zamanı Süleyman Astsubay 5 yaşlı koreyalı qızın həyatını xilas edir.
Baş rollarda Nejat İşler, Ali Atay və İsmail Hacıoğlunun çəkildiyi filmin qazandığı digər mükafatlar:
Golden Cinema Awards - İlin Kino Mükafatı
Palm Springs Beynəlxalq Film Festivalı - Xarici Dildə Ən Yaxşı Film
2- Babam ve Oğlum
Imdb reytinqi: 8.3
Çağan Irmak oğul, ata və baba üçbucağında nəsil uçurumunu təsvir edən “babam ve oğlum” filminin ssenari müəllifi və rejissoru olub. Fikrət Kuşkan, Çetin Tekindor və Hümeyranın rol aldığı filmin çəkilişləri Ayvalık və Seferhisarda aparılıb.
Imdb Top 250 siyahısında 155-ci yerdə olan "Babam ve Oğlum" filmi kassada 25 milyon dollardan çox gəlir əldə edərək, filmi ən çox baxılan 10 türk filmindən biri edib.
3-Mustafa haqqında her şey
Imdb reytinqi: 7.6
Rejissor Çağan Irmakın çəkdiyi “ Mustafa Hakkında her şey” filmində baş rolları Fikrət Kuşkan, Başak Köklükaya və Nejat İşler paylaşır. Mustafa uğurlu iş adamıdır. Bir gün həyat yoldaşının qəza nəticəsində öldüyünü biləndə həyatı alt-üst olur. Üstəlik, qəza zamanı avtomobildə başqa kişi də olub.
Qəzadan sağ çıxan Fikrət taksi sürücüsüdür. Mustafa Fikrəti qaçırır və onu sorğu-sual etməyə başlayır. Arvadının onu necə aldatdığını öyrənən Mustafa həm də öz keçmişi ilə üzləşməli olur.
4- Anlat İstanbul
Imdb reytinqi: 7.4
İstanbulda 5 fərqli hekayəni 5 hadisə vasitəsilə izah edən film 2005-ci ildə ekranlara çıxıb. Özgü Namal, Mehmet Günsur, Altan Erkekli, Şevket Çoruh, İsmail Hacıoğlu və Vahide Gördümün rol aldığı “Anlat Istanbul” filmi Beynəlxalq İstanbul Film Festivalında İlin Ən Yaxşı Filmi Mükafatını qazanıb.
5- Karanlıktakiler
Imdb reytinqi: 7.1
Anası ilə eyni evdə yaşayan Egemen reklam agentliyində ofis işçisi kimi çalışır. Onun tək istəyi evlənib anasından uzaqlaşmaqdır. Egemen sevdiyi qadın tərəfindən rədd edildikdə həyatı alt-üst olur. Derya Alabora, Erdem Akakçe və Rıza Akın rol aldığı filmin rejissor heyatində “Babam ve oğlum”, “Mustafa hakkında her şey” və “Nadide Hayat” filmləriylə tanınan Çağan Irmak yer alır.
Mənbə: CNN türk
Tərcümə etdi: Lalə Mənəfova
