Bu gün:

“Real Madrid” Yosip Stanişiçi transfer etmək istəyir


İspaniya nəhəngi “Real Madrid” müdafiə xəttini gücləndirmək üçün “Bavariya”nın futbolçusu Yosip Stanişiçi transfer siyahısına daxil edib.

“Bavariya”nın futbolçusu Yosip Stanişiçi

24Media.az Report-a istinadən xəbər verir ki, bu barədə “Fichajes” nəşri məlumat yayıb.

Bildirilib ki, Madrid klubu Almaniya təmsilçisində çıxış edən 26 yaşlı xorvatiyalı cinah müdafiəçisini Dani Karvahal üçün potensial əvəzedici kimi nəzərdən keçirir.

Məlumata görə, “kral klubu” rəhbərliyi bu mövqedə güclənməyi prioritet hesab edir və Yosip Stanişiç əsas namizədlərdən biri kimi ön plana çıxır. Onun komandada Trent Aleksandr-Arnold ilə rəqabət aparacağı gözlənilir.

Lakin “Bavariya” futbolçunu uzunmüddətli layihəsinin vacib hissəsi hesab edir və onunla yolları ayırmaq niyyətində deyil. Müdafiəçinin 2029-cu ilin yayına qədər qüvvədə olan müqaviləsi də klubun mövqeyini daha da gücləndirir.

Qeyd edək ki, Stanişiç cari mövsüm bütün turnirlərdə 31 oyunda iştirak edib, 3 qol vurub və 7 məhsuldar ötürmə ilə yadda qalıb.

Aylin Bayraməliyeva



Paylaş
Şərh əlavə et