Bu gün:

Azərbaycan XİN BƏƏ-nin Dəməşqdəki səfirliyinə hücumu pisləyib


Azərbaycan Xarici İşlər Nazirliyi bir qrup etirazçının Birləşmiş Ərəb Əmirliklərinin Suriyanın paytaxtı Dəməşqdə yerləşən səfirliyinə hücumunu qətiyyətlə pisləyib.

Xarici İşlər Nazirliyinin binası

24Media.az Report-a istinadən xəbər verir ki, XİN bu barədə “X” sosial şəbəkəsində paylaşım edib.

Bildirilib ki, diplomatik missiyalara qarşı törədilən bu cür zorakılıq aktları qəbuledilməzdir və beynəlxalq hüququn, o cümlədən diplomatik heyətin və obyektlərin təhlükəsizliyini təmin edən Diplomatik Münasibətlər üzrə Vyana Konvensiyasının kobud şəkildə pozulmasıdır.

Qeyd olunub ki, Azərbaycan XİN Suriya hökumətinin məsələ ilə bağlı açıqlamasını və hadisəyə görə təqsirkar şəxslərin qanun çərçivəsində məsuliyyətə cəlb olunması istiqamətində bütün zəruri tədbirlərin görüləcəyinə dair öhdəliyini alqışlayır.

Aylin Bayraməliyeva

Paylaş
Şərh əlavə et