ABŞ və İsrailin İranın enerji infrastrukturuna qarşı genişmiqyaslı birgə hücum planı hazırladığı bildirilir.
Şəhər üzərində yüksələn qatı tüstü duman
24Media.az AZƏRTAC-a istinadən xəbər verir ki, bu barədə Amerikanın “Axios” portalı mənbələrə əsaslanaraq məlumat yayıb.
Məlumata görə, tərəflər İranın əsas enerji obyektlərini hədəf alan hərbi planı artıq yekunlaşdırıblar. Lakin planın icrası Vaşinqtonun Tehranla danışıqlarda ilkin razılıq əldə etməsi üçün müəyyən etdiyi son tarixədək təxirə salınıb.
ABŞ Prezidenti Donald Tramp aprelin 5-də “Axios” portalına müsahibəsində İranla aprelin 7-dək sazişin imzalanması ehtimalının yüksək olduğunu bildirib.
Bundan əvvəl isə o, İranı xəbərdar edərək qeyd edib ki, əgər aprelin 6-na qədər Hörmüz boğazı açılmasa, ölkənin enerji və mülki infrastruktur obyektlərinə zərbələr endirilə bilər.
Son məlumata görə, ABŞ lideri İranla mümkün razılaşma üçün müəyyən etdiyi son müddəti 24 saat uzadaraq ABŞ-nin Şərq sahili vaxtı ilə aprelin 7-si saat 20:00-dək (Bakı vaxtı ilə aprelin 8-i saat 04:00-dək) müəyyənləşdirib.
Aylin Bayraməliyeva
