Bu gün:

Yağıntılı hava şagirdlərin davamiyyətinə əhəmiyyətli təsir edib


Son günlər müşahidə olunan yağıntılı hava şəraiti ilə əlaqədar şagirdlərin davamiyyətində qismən azalma qeydə alınıb.

Məktəbdə tədris prosesində iştirak edən şagirdlər


24Media.az Report-a istinadən xəbər verir ki, bu barədə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən məlumat verilib.

Bildirilib ki, yaranan vəziyyətlə bağlı aidiyyəti qurumlarla birlikdə müvafiq tədbirlər həyata keçirilir, Agentliyə və yerli təhsili idarəetmə bölmələrinə daxil olan müraciətlər qeydiyyata alınaraq təhlil olunur.

Qurumdan qeyd edilib ki, hava şəraitinin yaratdığı fəsadların aradan qaldırılması və təhsil müəssisələrində tədris prosesinin fasiləsizliyinin təmin olunması istiqamətində zəruri addımlar atılır.

Eyni zamanda vurğulanıb ki, qeyri-sabit hava şəraitinə baxmayaraq, təlim-tədris prosesi davam edir.

Agentlik xüsusilə kiçik yaşlı məktəblilərin valideynlərinə müraciət edərək övladlarının təhlükəsizliyinə diqqət yetirməyi, təhsil müəssisələrinin rəhbərlərindən və valideynlərdən isə müvafiq təhlükəsizlik qaydalarına riayət etməyi xahiş edib.

Aylin Bayraməliyeva



Paylaş
Şərh əlavə et